Bu yay "Qəbələ"dən ayrılan Rafael Utziqin yeni klubu məlum olub.
Sportnet.az xəbər verir ki, braziliyalı hücumçu Koreyanın "Çunqam Asan" klubuna keçib. Bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Utziqlə razılaşmanın detalları açıqlanmayıb.
Qeyd edək ki, 2020-ci ilin yayından “Qəbələ"də çıxış edən Utziq üç mövsüm ərzində 94 matç keçirib. O, bu oyunlarda 18 qol vurub.