“Roma” Dieqo Llorenteni “Lids”dən icarəyə götürdüyünü açıqlayıb.
Sportnet.az xəbər verir ki, 29 yaşlı futbolçunu 30 iyun 2024-cü il tarixinədək icarəyə götürüb.
İspan müdafiəçi bu ilin yanvarından iyuna qədər məhz “Roma”da çıxış edirdi. Llorente ötən mövsüm komandanın heyətində 12 oyuna çıxıb.