"Bavariya"nın futbolçusu Lukas Ernandesin PSJ-yə keçidi rəsmiləşib.
Sportnet.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb. Fransa millisinin müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Almaniya mətbuatı bu transfer üçün PSJ-nin "Bavariya"ya 40 milyon avro ödədiyini yazıb.
Qeyd edək ki, 27 yaşlı futbolçu zədə səbəbindən ötən mövsüm bütün turnirlərdə cəmi 11 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, 2019-cu ildən "Bavariya"da çıxış edirdi.