Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ilk yoxlama oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, "qırmızı-qaralar" Moldovanın 1-ci divizion təmsilçisi “Sukleya” ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Elmar Baxşıyevin komandası iyulun 15-də Rusiyanın "Orenburq" klubları ilə üz-üzə gələcək. "Qəbələ"nin iyulun 19-da daha bir sınaq matçı nəzərdə tutulub. Hələlik bu rəqibin adı açıqlanmayıb.
Xatırladaq ki, "Qəbələ" bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək. Mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq bölgə təmsilçisi "Omoniya” ilə iyulun 27-də Qəbələdə, avqustun 3-də isə Kiprdə qarşılaşacaq.