"Yuventus" Super Liqa layihəsindən ayrılıb.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, Turin təmsilçisi müvafiq prosedura başladığını açıqlayıb.
"Yuventus" 2021-ci ilin aprelində Super Liqanın yaradılmasını elan edən 12 klub arasında idi. Turnirin təsisçilərinin çoxu həmin ay layihədən çıxıb.
Beləliklə, layihədə təkcə İspaniyanın "Real" və "Barselona" klubları qalıb.