Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Türkiyədə davam etdirən "Turan Tovuz" yoxlama oyununda qarşılaşacağı son rəqibi "Simba" ilə iki görüş keçirəcək.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda Tanzaniya klubu ilə iyulun 27-də səhər və axşam saatlarında üz-üzə gələcək. "Simba" Tanzaniyanın yüksək liqasında mübarizə aparır.
Qeyd edək ki, "Turan Tovuz" iyulun 17-də “Adana Dəmirspor”la, iyulun 22-də isə “Eyübspor”la qüvvəsini sınayacaq.