İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı ölkə çempionatının XV turunda “Malmö” ilə keçiriləcək oyunda iştirak etməyə bilər.
Sportnet.az xəbər verir ki, buna səbəb 21 yaşlı hücumçunun işçi vizasını hələ almamasıdır.
Qurbanlı və digər yeni transfer Feliks Va bu gün keçiriləcək qarşılaşmanın iştirak ərizəsinə salınsalar da, hər ikisi işçi icazəsini gözləyir. Sənədlər gün ərzində çatdırılmasa, onlar qarşılaşmanın heyətindən çıxarılacaqlar.
Qeyd edək ki, “Yurqorden” - “Malmö” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.