"Qarabağ"ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"una qalib gələrək mərhələ adlamaları barədə fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, o, Bakıdakı cavab matçından (4:0, ilk oyun - 2:1) dərhal sonra "CBC Sport"a açıqlamasında inamlı qələbə qazandıqlarını deyib:
"Tək mən yox, komanda olaraq oyuna yaxşı hazırlaşmışdıq. Motivasiyamız var idi. Əlimizdən gələni edəcəyik ki, növbəti matçlarda da qalib gələk".
O, 2-ci təsnifat mərhələsindəki rəqibləri Polşa "Rakuv"u haqda bunları söyləyib: "Bütün matçlar bizim üçün çətindir. Hələ "Rakuv"u analiz etməmişik. Rəqibi analiz edəcəyik. Çalışacaq ki, əlimizdən gələnin ən yaxşısını edək və mərhələ adlayaq"
Abdullah Zubir Bakı Olimpiya Stadionunda keçirdikləri matçlarda oyununun yaxşı alınmasına da toxunub: "Bu stadionda oynamağı xoşlayıram. Həm də azarkeşlərimiz bizi dəstəkləyirdilər".