
Azərbaycan millisinin sabiq futbolçusu Elvin Məmmədov karyerasını başa vurub.
Sportnet.az xəbər verir ki. bu barədə yarımmüdafiəçi özü məlumat verib.
Son olaraq 2022/2023 mövsümündə “Şamaxı”nın formasını geyinən 35 yaşlı oyunçu artıq futboldan getdiyini söyləyib. O, Premyer Liqa klublarından təklif almadığı üçün bu addımı atıb.
Qeyd edək ki, “Turan”ın yetirməsi olan Elvin Məmmədov karyerası ərzində “İnter”, “Qarabağ”, “Bakı”, “Zirə”, “Qəbələ” və “Sumqayıt”ın da formasını geyinib. O, 2008-2017-ci illərdə Azərbaycan millisinin heyətində 38 oyun keçirib, 7 qol vurub.