
Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.
Sportnet.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçilərindən "Qəbələ" də mübarizəyə başlayacaq.
Elmar Baxşıyevin komandası öz meydanında Kipr təmsilçisi "Omoniya"nı qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.
Komandalar arasında cavab oyunu isə avqustun 3-də Kiprdə keçiriləcək.
27 iyul
Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
20:00. "Qəbələ" (Azərbaycan) - "Omoniya" (Kipr) - 2:3
Qol: Əyyub Allaş, 4 (1:0), Roman Bezus, 45+1 (1:1), 50 (1:2), Əyyub Allaş, 62 (2:2), Roman Bezus, 82-pen. (2:3)
Baş hakim: Andrey Kivuleta (RUmıniya)
Qəbələ şəhər stadionu