
"Mançester Siti"nin futbolçusu Riyad Mahrez Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna keçib.
Sportnet.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
İnsayder Fabritsio Romano "Əl-Əhli"nin bu transfer üçün İngiltərə klubuna 30 milyon avro ödədiyini yazıb.
Qeyd edək ki, Əlcəzair millisinin üzvü 2018-ci ildən "Mançester Siti"dən çıxış edirdi. 32 yaşlı yarımmüdafiəçi bu müddətdə bütün turnirlərdə 236 oyun keçirib, 78 qol vurub və 59 məhsuldar ötürmə edib.