
“Qarabağ”ın 14 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində son oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Asif Əlizadənin baş məşqçisi olduğu komanda finalda Belarus BATE-si ilə görüşüb.
Ağdam təmsilçisi bu qarşılaşmada 1:0 hesabı ilə qalıb gəlib. Yeganə qolu 28-ci dəqiqədə Cavidan Əlizadə vurub. Bu qələbə ilə “Qarabağ” turnirin çempionu olub.