Roman Qriqorçukla söhbətim olmayıb.
Sportnet.az xəbər verir ki, bunu "Şerif"in (Moldova) baş məşqçisi Yuri Hura UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Zirə" ilə Bakıda keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.
Mütəxəssis həmyerlisi ilə Azırbaycan klubları haqda danışmadığını bildirib:
"O, artıq "Neftçi"dədir. Onunla Azərbaycan klubları haqda heç bir söhbətim olmayıb".
Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab matçı iyulun 18-də, saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Moldovada gerçəkləşən ilk görüşdə R.Sadıqovun rəhbərlik etdiyi komanda 1:0 hesablı qələbə qazanıb.