Rəqib komandanın qırmızı vərəqə alması oyuna təsir etdi.
Sportnet.az xəbər verir ki, bunu "Şerif"in (Moldova) baş məşqçisi Yuri Qura UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" ilə cavab oyunundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis oyunun çətin keçdiiyni bildirib: “Çətin oyun oldu. Lotoreyalarda məğlub olduq. Rəqib komandanın qırmızı vərəqə alması oyuna təsir etdi. Lakin qol vurmaq üçün şanslarımız var idi və biz bundan istifadə etdik. Qırmızı vərəqə barədə danışmaq istəmirəm. Əsas odur ki, biz qalib gəldik