
"Qarabağ"ın UEFA Çempionla Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi II təsnifat mərhələsində İrlandiya "Şelburn"unu keçəcəyi təqdirdə "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Qarabağ"la "Şelburn" arasında ilk oyun iyulun 23-də səfərdə, cavab görüşü iyulun 30-da evdə olacaq.