Ümumdünya Antidopinq Agentliyi (WADA) ötən illə bağlı statistik məlumatları açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, 2014-cü ildə aparılmış 283 304 dopinq-testin 3 886-nın nəticəsi müsbət olub.
Həmin rəqəm ümumi testlərin 1.36 %-ni təşkil edir. Bu isə əvvəlki illərlə müqayisədə dopinq hadisələrinin 10% azaldığını göstərir.
Agentlik ötən il ərzində ən çox dopinq testini futbolda keçirib. 31 min 242 yoxlamadan 144-nün nəticəsi müsbət olub.