1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Abdulbari Gözəl: "Federasiya prezidenti olmağa iddiam yoxdur"
"Azərbaycan Qolf Federasiyasına rəhbərlik edib-etməməyim dövlətin qərar verəcəyi məsələdir". Sportnet.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında "Azərsun Holdinq"in prezidenti Abdulbari Gözəl deyib.
A.Gözəl belə bir iddiasının olmadığını bildirib: "Olsa, üstünlüyü xarici direktora verərdim ki, Azərbaycanda qolfu inkişaf etdirsin. O, bunu məndən daha yaxşı bilər".
Yay Olimpiya Oyunlarının proqramına daxil edilən qolfun Azərbaycanda maddi-texniki bazasının yaradılması məqsədilə bir sıra tədbirlər görülüb. O cümlədən, "Azərsun Holdinq"in inşa etdirdiyi Xəyal adasında ötən il "Dreamland" qolf klubu istifadəyə verilib. A.Gözəl həmin klubda bu idman növünün inkişaf etdirildiyini açıqlayıb: "Əlbəttə, inkişaf gedir. 150 daimi üzvümüz var. Onların arasında həm yerli, həm də xaricilər mövcuddur. Elə olur ki, həftəsonu oynamağa yer tapa bilmirlər. Gənclər gəlib öyrənirlər. Qolf Akademiyamız fəaliyyət göstərir".
Qeyd edək ki, Azərbaycan Qolf Federasiyasına 2011-ci il dekabrın 28-dən Anar Məmmədov rəhbərlik edir.