"Birinci hissə çox zəif oynadıq. Ancaq müdafiədə oturduq və "Neftçi”nin hücumlarını gözlədik. Elə ona görə də qol buraxdıq. İkinci hissədə isə özümüzə gəldik. Ancaq yenə də gözlədəyimiz bir qol buraxdıq. Məncə, matç bərabərliklə bitə bilərdi. Ancaq məğlub olduq".
Bu sözləri Sportnet.az-a açıqlamasında "İnter"in hücumçusu Rauf Əliyev deyib. Bakı klubunun hücumçusu "Neftçi"yə öz səhvləri ucbatından uduzduqlarını bildirib: "Neftçi"yə qarşı bizdə nəsə alınmır, problem var. Onu fikirləşməliyik. Gərək düşünək ki, niyə bizdə "Neftçi”yə qarşı alınmır. Öz səhvimiz oldu. Biz müdafiəyə çox oturduq. Bu da gətirdi məğlubiyyətə çıxardı. Ancaq belə olmamalı idi. Biz oyunumuzu hücumdan qursaydıq matç tam fərqli olardı. İkinci hissə oynadığımız kimi oynasaydıq matç tamam başqa hesabla başa çatardı".
Qeyd edək ki, "İnter" "Neftçi"yə 1:2 hesabı ilə uduzub.