
"Neftçi" klubunun azarkeşləri "Qarabağ"la oyunda maraqlı plakat açıblar.
Sportnet.az xəbər verir ki, meydan sahiblərinin fanatları Ağdam klubunun yaranma tarixi ilə bağlı qeyri-müəyyənliyə ilişiblər. Onlar "Milyonçu" oyununun formatına uyğun olaraq test tapşırığı tərtib ediblər.
Plakatda "Qarabağ" klubu nə vaxt yaranıb" sualına test formasında cavablar əksini tapıb: a) 1987 b) 1969 c) e.ə 31 d) 1951