
III MDB Oyunlarında finala yüksələn Azərbaycan gimnastları müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Azadə Atakişiyeva top və halqa ilə, Şəms Ağahüseynova top ilə, Nur Sadıqova halqa ilə finala vəsiqə qazanıb.
Qrup hərəkətləri komandası isə 5 halqa ilə finalda çıxış edəcək.
Qeyd edək ki, bədii gimnastika yarışlarına oktyabrın 8-də yekun vurulacaq.