Azərbaycan bədii gimnastı Arzu Cəlilova Fransanın Korbey-Eson şəhərində keçirilən beynəlxalq turnirdə iki medal qazanıb.
Sportnet.az xəbər verir ki, Cəlilova yeniyemələrin yarışında həm lent, həm də gürzlə hərəkətlərdə ikinci yeri tutub.
Qeyd edək ki, Azərbaycanın digər gimnastlarından Nərmin Səmədova 5-ci, Veronika Qudis 6-cı, Darya Sorokina isə 7-ci yeri tutub.