Fransa Gimnastika Federasiyası bu il 30 aprel - 3 may tarixlərinə nəzərdə tutulan idman gimnastikası üzrə Avropa çempionatını keçirməkdən imtina edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Avropa Gimnastika İttifaqının (UEG) rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, qərar Fransa hökuməti turnirin sonrakı tarixlərdə təşkilinin mümkün olmadığını açıqladıqdan sonra qəbul olunub.
UEG-nin yarışın təşkili üçün yeni yer axtarışında olduğu qeyd olunub.
Qeyd edək ki, Avropa çempionatında azərbaycanlı gimnastların da iştirakı gözlənilirdi.