Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Yaponiyanın Kitakyuşu şəhərindəki dünya çempionatında finala vəsiqə qazana bilməyib.
Sportnet.az-ın məlumatına görə, o, çoxnövçülükdə təsnifat mərhələsini 84,550 xalla 24-cü sırada bitirib.
Ağamirova "18-liy"ə düşə bilmədiyindən həlledici mərhələdə iştirak etməyəcək.
Qeyd edək ki, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandasl oktyabrın 29-da 5 top, eləcə də 3 halqa və 2 cüt gürzlərlə çıxışlarını nümayiş etdirəcəklər.
-------------------------------------------
Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova, Arzu Cəlilova və Nərmin Bayramova Yaponiyanın Kitakyuşu şəhərindəki dünya çempionatının ikinci günündə çıxışlarını başa vurublar.
Sportnet.az-ın məlumatına görə, Ağamirova lentlə hərəkətlərdə 19,950 xal toplayıb və 12-ci sırada qərarlaşıb. Bu növdə 16,475 xala layiq görülən Bayramova isə 30-cu yerlə kifayətlənməli olub.
Arzu Cəlilova gürzlərlə (21,700) 20-ci yeri tutub. Ağamirova isə bu alətlərdə (22,050) 14-cü pillədə yer alıb.
Onlar "8-liy"ə düşmə şanslarını itirdikləri üçün fərdi mübarizədə finala vəsiqə qazana bilməyiblər.
Ağamirovanın çoxnövçülükdə 4 çıxışdan sonra hələlik 84,550 xalı var. Mundialda 3 alətlə çıxış edən Cəlilova isə 65,650 xala malikdir.
Ağamirovanın çoxnövçülükdə finala vəsiqə qazanıb-qazanmayacağı təsnifat mərhələsinin sonunda bəlli olacaq.
Qeyd edək ki, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandasl oktyabrın 29-da 5 top, eləcə də 3 halqa və 2 cüt gürzlərlə çıxışlarını nümayiş etdirəcəklər.