İsrailli bədii gimnast, Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi Linoy Aşram karyerasını başa vurub.
Sportnet.az-ın məlumatına görə, bu barədə 23 yaşlı idmançı "The Times of Israel"ə açıqlama verib.
Olimpiadadan sonra heç bir beynəlxalq yarışda iştirak etməyən Aşram bundan sonra milli komandanın məşqçilər heyətində çalışmağı planlaşdırdığını bildirib: "İdmançılar nə zaman təqaüdə çıxacaqlarını bilməlidirlər. Mən karyeramnın pik nöqtəsinə çatmaqla arzumu yerinə yetirdim. Düşünürəm ki, getmək üçün ən uyğun zamandır".
Qeyd edək ki, Tokio olimpiadasında çöxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Linoy Aşram İsrail yığmasına ilk olimpiya qızılını qazandıran idmançı olub.