
"Pandemiyanı arxada qoyduğumuz bir zamanda, təəssüf ki, daha bir bezdirici faciə ilə üz-üzəyik. Daha əvvəl də qeyd etdiyim kimi, Avropadakı münaqişə bütün dünya, eləcə də bizim qurum üçün ciddi problemdir".
Sportnet.az-ın məlumatına görə, bunu gənclər və idman naziri, Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov EG-nin rəsmi saytındakı şəxsi bloqunda yazıb.
O bildirib ki, müharibə gimnastlara, onların hazırlığına və böyük yarışlarda iştirakına mənfi təsir göstərir: "Ümidvaram ki, tezliklə sülh bərqərar olacaq və münaqişədən zərər çəkənlərin hamısı təhlükəsiz şəkildə sabitliyə və normal vəziyyətə qayıda biləcəklər".