
Rusiyanın idman gimnastikası üzrə dördqat Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Mariya Paseka ölkəsini tərk edib.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı atlet bu barədə sosial şəbəkə hesabında bildirib.
Paseka hazırkı dönəmdə Rusiyada özünü inkişaf etdirə bilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyası 2022-ci ilin sonunadək Rusiya təmsilçilərinin yarışlarda iştirakına qadağa qoyub. Mariya Paseka 2012-ci ildə London Olimpiadasında gümüş və bürünc, 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iki bürünc medal qazanıb. Gimnast ikiqat dünya və üçqat Avropa çempionudur.
Daha əvvəl Rusiyanın sinxron üzgüçülük üzrə 5 qat Olimpiya çempionu Anastasiya Davidova da ölkəni tərk edib.