
Ukraynanın tanınmış bədii gimnastı Alyona Dyaçenko Bakıda ustad dərsləri keçib.
Azərbaycan Gimnastika Federasiyasında Sportnet.az-a verilən məlumata görə, dərslər Bakı Olimpiya İdman Kompleksində baş tutub.
Məşğələlərə 9 klubdan 120 gimnast qatılıb.
Qeyd edək ki, Alyona Dyaçenko Yay Universiadasının gümüş mükafatçısıdır.