
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun daha bir qalibi bəlli olub.
Sportnet.az-ın məlumatına görə, müxtəlif hündürlüklü qolla qadınların yarışını çinli Qiyuan Qiu qazanıb.
O, 14.700 xal toplayaraq qızıl medala sahib olub. İkinci yeri 14.000 xal qazanmış italiyalı Giorgiya Vilya tutub. Bürünc medala isə 13.766 xalla Niderland təmsilçisi Sanna Verman yiyələnib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən Dünya Kubokuna martın 12-də yekun vurulacaq.