
Martın 29-dan aprelin 2-dək Antalyada idman gimnastikası üzrə gənclər arasında ikinci dünya çempionatı keçiriləcək.
Sportnet.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi Rəsul Əhmədzadə, Anar Həsənov, Dəniz Əliyeva, Duyğu Məcidzadə və Aytən Məmmədova təmsil edəcəklər.
Antalya Gimnastika Salonunda təşkil olunacaq çempionatda 65 ölkədən 286 idmançı medallar uğrunda mübarizə aparacaq.