Azərbaycan Ordusunun bölmələri bu gün Ağdam rayonuna daxil olub.
Sportnet.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanat əsasında gerçəkləşib.
Bu isə o deməkdir ki, Ağdamın "Qarabağ" klubu daha "qaçqın komanda" adlanmayacaq. Hərçənd, komandanın doğma rayonuna köçməsi üçün hələ bir müddət vaxt lazım gələcək. Çünki Ağdam şəhərindəki "İmarət" stadionu və yaşayış məntəqəsindəki infrastruktur ermənilər tərəfindən dağıdılıb.
Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.