
İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və "Kolizey İnşaat”ın sponsorluğu ilə FUTPROQNOZ yarışması davam edir. Sportnet.az-ın məlumatına görə, artıq ilk yarımfinal cütlüyü müəyyənləşib.
Maraqlıdır ki, 4 iştirakçının hər biri qalibi düzgün məyyən edə bilib. Onlardan üçü hətta görüşün hansı top fərqi ilə başa çatacağını da düzgün tapıb.
Rail Məlikov - Əliyar Ağayev cütlüyü Almaniyanın əsas vaxtda 1 top fərqi ilə qalib gələcəyini düzgün proqnozlaşıdıraraq, aktivinə eyni - 20 xal yazdırıb. Belədə, "qızıl xal" prinsipi işə düşüb ki, FİFA referisinin bu göstəricidə millimizin sabiq müdafiəçisini qabaqlaması, həlledici olub.
Ruslan Əmircanov isə Braziliyanın qələbəsini düzgün proqnozlaşdırsa da, nə dəqiq nəticəni, nə də top fərqini tapa bilib. Onun vizavisi Tahir Hümmətov isə Braziliyanın Kolumbiya üzərində 2:1 hesablı qələbəsini dəqiq müəyyənləşdirməyi bacarıb. Aktivinə 30 xal yazdıran həmkarımız bununla da adını yarımfinala yazdırıb.
1/4 final. Fransa - Almaniya - 0:1
Rail Məlikov (4) (futbolçu) – 2:3
Əliyar Ağayev (14) (hakim) – 1:2
1/4 final. Braziliya - Kolumbiya - 2:1
Ruslan Əmircanov (13) (futbolçu) - 3:1
Tahir Hümmətov (4) (jurnalist) – 2:1
Beləliklə, FUTPROQNOZun ilk yarımfinalında Əliyar Ağayevlə (34) Tahir Hümmətov (34) qarşılaşacaqlar.