İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və Kolizey İnşaatın sponsorluğu ilə FUTPROQNOZ yarışması davam edir. Sportnet.az-ın məlumatına görə, FİFA referisi Əliyar Ağayev yarışmanın ilk finalçısı adını qazanıb.
Ötən gecə DÇ-2014-də baş tutan Braziliya - Almaniya görüşünə proqnoz verən Ağayev "Bundestim"in əsas vaxtda qalib gələcəyini proqnozlaşdırıb. Onun vizavisi Tahir Hümmətov qarşılaşmanın əsas vaxtının heç-heçə nəticələnəcəyini bildirib.
Tahir Hümmətov (34) (jurnalist) – 1:1 - Qalibi düzgün müəyyənləşdirməyib. Xal ehtiyatını artıra bilməyib.
Qeyd edək ki, bu gecə üz-üzə gələcək Hollandiya - Argentina görüşündən sonra Tahir Hümmətovun (34) 3-cü yer uğrunda görüşdə, Əliyar Ağayevin isə (54) finaldakı rəqibləri məlum olacaq. DÇ-2014-ün 2-ci yarımfinal görüşünə proqnozu Ağabala Ramazanov (42) və Rüstəm Rəhimov (13) verəcəklər.