Ukrayna yunan-Roma güləşçisi Jan Belenyuk ölkənin "Eurovision" mahnı müsabiqəsində qalib gələn müğənnisi Camalaya mənzil verildiyi halda, idmançıların evsiz olmasından narazı qalıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Ruanda əsilli pəhləvan 5TV-yə açıqlamasında bildirib.
O bildirib ki, bəzi idmançılar kimi susmaq fikrində deyil: "Elə idmançılar var ki, heç nə danışmırlar. Sanki onları hər şey qane edir. Mən isə isə susmayacağam. Nəyə görə Camalaya 3 otaqlı mənzil verirlər, biz idmançılar üçün isə bu, qanunla nəzərdə tutulmur. Belə başa düşürəm ki, Camala çoxuşaqlı anadır".
Qeyd edək ki, Jan Belenyuk 85 kq çəki dərəcəsində "Bakı 2015" I Avropa Oyunlarının və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub. O, həmçinin dünya və ikiqat Avropa çempionudur. Camala isə 2016-cı il Eurovision" mahnı müsabqəsində birinci yeri tutub.