Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına indiyədək Azərbaycanın 9 idmançısı lisenziya qazanıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"un sorğusuna cavab olaraq Milli Olimpiya Komitəsindən açıqlama verilib.
Onların vəsiqələri 6 idman növü üzrə əldə etdikləri bildirilir.
Hələlik olimpiadaya üzgüçü Fakimə Alkərəmova (bütün yarış növləri) və Alsu Bayramova (butterflay yarışı - 100, 200m), bədii gimnast Dərya Fərşbafşahriyari, stolüstü tenisçi Ninq Jinq və Yu Xinhanq, taekvondoçu Minayə Əkbərova (44), boksçu Nurlan Səfərov (60 kq), güləşçi Turan Bayramov (65 kq) və Şəhanə Nəzərovanın (43 kq) yollanacağı rəsmiləşib.
Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 6 - 18 oktyabrda təşkil olunacaq.