Böyük Britaniya Rusiya idmançılarının 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakına qarşı çıxıb.
Sportnet.az-ın "Sky News"a istinadən məlumatına görə, bu barədə Krallığın baş naziri Rişi Sunakın rəsmi nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, Böyük Britaniyanın məsələ ilə bağlı mövqeyi bəllidir: "Bizim və bir çox ölkənin aydın mövqeyi var. Eyni səslə danışmağa davam etməliyik və bunu Beynəlxalq Olimpiya Komitəsinə çatdırmalıyıq".
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.