1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bu dəfə hesabı AZAL ödəməyəcək
IV İslam Həmrəyliyi Oyunlarına gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan tərəfi ödəməyəcək.
Sportnet.az-ın məlumatına görə, bunu IV İslam Həmrəyliyi Oyunlarının əməliyyatlar üzrə baş direktoru Mayk Loynd Azərbaycan Hava Yolları QSC (AZAL) ilə tərəfdaşlığa dair sazişin imzalanma mərasimində deyib.
O bildirib ki, iştirakçı ölkələrin əksəriyyəti səfər xərclərini özləri çəkəcəklər: "Bir neçə ölkənin müəyyən dəstəyə ehtiyacı yarana bilər. Bunu isə beynəlxalq donor qurumlar ödəyəcəklər: "Azərbaycan tərəfinin heç bir məsuliyyəti olmayacaq. ".
AZAL-ın vitse-prezidenti Eldar Hacıyev isə deyib ki, anlaşmaya əsasən, iştirakçı ölkələr AZAL-ın bütün infrastrukturundan istifadə edə biləcəklər.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda Bakıda keçiriləcək ("Report").