Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, Əl-Cənadriyah Hipodromunda baş tutan tədbirdə idmançıların rəsmi paradı gerçəkləşib və Azərbaycan nümayəndə heyəti paraddan ilk olaraq keçib.
Üçrəngli bayrağımızı ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyıb.
Azərbaycanı yarışlarda 20 idman növü üzrə 169 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 idman növündə mübarizə aparacaq.














































































