
Onlardan 60-ı oğlanların, 18-i qızların yarışında gücünü sınayacaq. Azərbaycan milli komandasının 3 üzvü də Nanjinq olimpiadasında rinqə çıxacaq. Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq) və Məhəmmədəli Tahirov (+91 kq) lisenziyalara Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş gənclər arasında dünya birinciliyində sahib olublar.
Artıq boksçularımızın Çindəki rəqibləri də məlumdur. Hüseynov qazaxıstanlı Şalkar Ayxinbay, özbəkistanlı Süleymon Latipov, hindistanlı Şyam Kakara, yaponiyalı Subaru Murata və türkiyəli Mert Karakılıçla üz-üzə gələ bilər. Yusifzadəni də güclü rəqiblər gözləyir. Boksçumuzla bir çəki dərəcəsində ABŞ-dan Şakur Stevenson, Böyük Britaniyadan Məhəmməd Əli, Çindən Lu Pinq, Bolqarıstandan Daniel Asenov və Hindistandan Qaurav Solanki mübarizə aparacaq. Tahirov isə ABŞ təmsilçisi Rok Daramni, almaniyalı Peter Kadiru, macarıstanlı Laslo Komor, rusiyalı Marat Kərimxanov və argentinalı Kevin Espindola ilə qarşılaşa bilər.
Qeyd edək ki, Nanjinq olimpiadasında boks yarışları avqustun 23-dən 27-dək keçiriləcək.