Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Sportnet.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev isə meksikalı Ostin Qomeslə üz-üzə gəlib.
Görüş təmsilçimizin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. H.Əliyev 1/4 finalda Macarıstan təmsilçisi İsmail Muszukayevlə mübarizə aparacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.