
Bu gün Paris-2024-də basketbolun 3x3 növü üzrə qadınların mübarizəsinə start verilib.
Sportnet.az xəbər verir ki, Olimpiadalar tarixində ilk dəfə komanda idman növündə ölkəmizi təmsil edən Azərbaycan millisi I turun oyununa çıxıb.
Mersedes Uolker, Aleksandra Mollenhauer, Dina Ulyanova və Tifani Heysin yer aldığı komandamızın ilk rəqibi İspaniya olub. Gərgin keçən matç rəqibin qələbəsi ilə yekunlaşıb.