
"Vətəndə uduzmaq olmazdı. Dəstək verən hər kəsə təşəkkür edirəm, azarkeşləri sevindirdim. Bütün gücümü sərf edərək, qalib gəldim. Başqa cür ola da bilməzdi". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında qızıl medal qazanmış Azərbaycan taekvondoçusu Ayxan Tağızadə deyib.
68 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxmış 19 yaşlı idmançı bütün döyüşlərinin çətin keçdiyini bildirib: "Məğlub olmağı düşünmürdüm. Həmişə qələbə üçün mübarizə aparırdım. Final qarşılaşmasında da belə oldu. Sadəcə, hesabda 9:5 öndə olduğum vaxt baş zərbəsi aldım və xallar bərabərləşdi. Şükürlər olsun ki, qızıl xalla qələbəyə nail oldum".










































































