
Avropa Liqasında ilk təsnifat mərhələsənin 2 iyulda keçiriləcək oyunlarının başlanma saatı açıqlanıb. Sportnet.az-ın məlumatına görə, bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb.
Albaniyanın "Laçi" klubunun qonağı olacaq "İnter"ın matçı Bakı vaxtı ilə 20:30-da başlanacaq.
Gürcüstan "Dinamo"su ilə "Qəbələ" arasında baş tutacaq görüş Bakı vaxtı ilə 21:00-da start götürəcək.
"Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Mladost" matçı isə yerli vaxtla 21:00-da başalanacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunları 1 həftə sonra oynanılacaq.






































































