1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Erməni klubunun oyununa təyinat alan həmyerlimiz danışdı
Azərbaycanlı hakim-inspektor Asim Xudiyev Ermənistanın "Alaşkert" komandasının Qazaxıstan "Kayrat"ı ilə səfərdə keçirəcəyi futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununa təyinat almasını şərh edib. Sportnet.az-ın məlumatına görə, A.Xudiyev "Report"a açıqlamasında Qazaxıstan və Ermənistan təmsilçilərinin görüşündə ardıcıl ikinci il iş başında olacağını söyləyib.
"İlk dəfə keçən il "Astana" - "Pünik" oyununda idim. Yenidən təyinat almağımı təsadüfi sayıram. Amma mənim oyuna aidiyyatım yoxdur. Nəticə də məni maraqlandırmır. Çünki yalnız hakimlərin işinə qiymət verirəm. Oyunda kimin qələbə qazanıb, kimin uduzacağı ilə maraqlanmıram. İşim hakimləri qiymətləndirməkdir" deyə sabiq futbolçu və FİFA referisi bildirib.
O, iyulun 16-da Almatıda keçiriləcək matça bir gün tez yollanacağını əlavə edib.
Qeyd edək ki, Asim Xudiyev rusiyalı hakimlər briqadasının işini qiymətləndirəcək. Matçın baş hakimi Sergey İvanov, yan xətt hakimləri Vyaçeslav Semyonov və Valeri Dançenko, dördüncü hakim Kirill Levnikov olacaq. UEFA nümayəndəsi isə belaruslu Sergey İlyiçdir. "Kayrat" - "Alaşkert" matçı Bakı vaxtı ilə saat 19:45-də başlanacaq.