Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk cavab oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, birinci oyun günündə 9 qarşılaşma baş tutub.
Gecənin sensasiyası Moldovada qeydə alınıb. Ölkə çempionu "Milsami" əvvəllər qrup mərhələsində çıxış etmiş Bolqarıstan "Ludoqorets"ini məğlub edib. Qonşu Gürcüstan və Ermənistan çempionları isə mübarizəni dayandırıblar.
Günün nəticələrinə əsasən, "Partizan" (Serbiya), "Molde" (Norveç), "Milsami" (Moldova), HİK (Finlandiya), "Makkabi" (Təl-Əviv, İsrail), APOEL (Kipr), "Midtyulland" (Danimarka), "Malmo" (İsveç) və "Skenderbeu" (Albaniya) növbəti mərhələyə yüksəlib. Bu komandalardan III təsnifat mərhələsində "Milsami" "Skenderbeu" ilə, "Midtyulland" APOEL-lə, "Malmö" isə Avstriya "Zalsburq"u ilə qarşılaşacaq.
21 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunları:
17:30. "Dila" (Gürcüstan) - "Partizan" (Serbiya) - 0:2
Qollar: Darko Braşanats, 37. Abubakar Umaru, 64
İlk oyun: 0:1
19:00. "Pünik" (Ermənistan) -"Molde" (Norveç) - 1:0
Qol: Zaven Bodoyan, 74
İlk oyun: 0:5
20:00. "Milsami" (Moldova) – "Ludoqorets" (Bolqarıstan) - 2:1
Qollar: George Andronik, 26. Petru Raku, 89 - Vanderson, 25
İlk oyun: 1:0
21:00. HİK (Finlandiya) - "Ventspils" (Latviya) - 1:0
Qol: Mike Havenaar, 83
İlk oyun: 3:1
22:30. "Makkabi" (Təl-Əviv, İsrail) - "Hibernians" (Malta) - 5:1
Qollar: Jorjinyo, 32-öz qapısına. Eran Zehavi, 58-penalti ilə; 90. Tal Ben Haim II, 61. Nosa İgiebor, 82 - Rodolfo Soares, 52
İlk oyun: 1:2
23:00. "Vardar" (Makedoniya) - APOEL (Kipr) - 1:1
Qollar: Artak Daşyan, 90+4 - Tomas De Vinsenti, 60
İlk oyun: 0:0
23:00. "Linkoln" (Cəbəllüttariq) – "Midtyulland" (Danimarka) - 0:2
Qollar: Martin Puşiç, 44. Mikkel Duelund, 89
İlk oyun: 0:1
23:10. "Jalgiris" (Litva) - "Malmö" (İsveç) - 0:1
Qol: Anton Tinnerholm, 55
İlk oyun: 0:0
23:45. "Kruzaders" (Şimali İrlandiya) - "Skenderbeu" (Albaniya) - 3:2
Qollar: Stefen O Flayn, 50. Mettyu Snoddi, 90+2. Endryu Mitçell, 90+3 - Bernard Berişa, 69. Liridon Latifi, 77
İlk oyun: 1:4