"Bu gün bizi hansı nəticənin qane edəcəyini deyə bilmərik". Sportnet.az-ın məlumatına görə, bunu Şotlandiya "Seltik"i ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu öncəsi ANS-ə açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
43 yaşlı mütəxəssis səfər matçında oyunu maksimum dərəcədə düzgün qurmağa çalışacaqlarını bildirib: "Bəlkə minimal hesablı məğlubiyyət də bizə sərf edə bilər. Rəqibin gücündən xəbərdarıq. Meydanda da bunun tam şahidi olacağıq. Lakin ilk matçdakı nəticənin bizi nə dərəcədə qane edəcəyini cavab oyunundan sonra deyə bilərik.
Qeyd edək ki, "Seltik" - "Qarabağ" matçı sabah saat 23:45-də başlanacaq. Oyun Qlazqodakı "Seltik Park"da keçiriləcək.