1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Elxan Məmmədov: "Bu sualı PFL-ə ünvanlayın"
"Çox maraqlı oyun idi. Oyunda sürət var idi. "Xəzər Lənkəran" 10 futbolçu ilə qalsa da, 1 xal qazana bildi". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi" və "Xəzər Lənkəran" arasındakı Azərbaycan Premyer Liqasının V tur matçından sonra AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
O, "Bakcell Arena"da keçirilmiş qarşılaşmada qonaq komanda azarkeşlərinin iştirak etməməsinin oyuna marağı azaltdığını etiraf edib. Bununla yanaşı, federasiya rəsmisi bildirib ki, məlum qərar təhlükəsizliklə əlaqədar verilib: "Biz də istərdik ki, stadion dolu olsun. Oyuna hər iki tərəf azarkeşlik etsin. Amma hər şey ədalətli və etikaya uyğun olmalıdır. Əminəm ki, gələcəkdə belə də olacaq".
"Məgər polislər stadionda təhlükəsizliyi təmin edə bilmirlər?" sualına isə E.Məmmədov belə cavab verib: "Bu sualı Peşəkar Futbol Liqasına ünvanlayın. Çünki oyunu PFL təşkil edir".
Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" matçında qalib müəyyənləşməyib - 1:1.