İsveçrə hökuməti FİFA prezidenti Yozef Blatterə qarşı cinayət işi qaldırıb. Sportnet.az-ın məlumatına görə, ali futbol qurumunun mənzil qərargahında və Blatterin ofisində axtarış aparılıb.
İsveçrənin baş prokuroru axtarış nəticəsində sənədlərin götürüldüyünü bildirib. FİFA prezidenti UEFA-dakı həmkarı Mişel Platiniyə 2 milyon frank vəsaiti qanunsuz köçürməkdə şübhəli bilinir. Bununla bağlı İsveçrə hökuməti Platinini dindirib. Fransalı funksioner Blatterə qarşı araşdırmalarda şahid qismində çıxış edib. Onun sözlərinə görə, sözügedən ödənişlər FİFA ilə müqavilə əsasında gördüyü iş qarşılığında edilib: "Sevinirəm ki, bunu İsveçrə hökumətinə izah etmək imkanım yaranıb".