1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanla Gürcüstan Avropa çempionatını təqdim etdi
Bolqarıstanın paytaxtı Sofiyada Avropa Voleybol Konfederasiyasının (CEV) XXXVI Baş Assambleyası keçirilib. Sortnet.az-ın məlumatına görə, konfransda Aleksandr Boriçiçç 31 səslə CEV-in yeni prezidenti seçilib.
Eyni zamanda yeni Rəyasət Heyəti və vitse-prezidentlər müəyyənləşib. Yaxın günlərdə komissiyaların sədrləri və üzvləri də müəyyənləşəcək.
Toplantıda ölkəmizi Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Elşən İsmayılov təmsil edib. "Bakı 2015" I Avropa Oyunlarında voleybol növü üzrə yarışları layiqincə təşkil etdiyi üçün AVF-yə minnətdarlıq ifadə olunub.
Eyni zamanda 2017-ci il Azərbaycan və Gürcüstanda təşkil ediləcək Avropa çempionatının təqdimat mərasimi keçirilib. Təqdimat yekdilliklə müsbət qəbul olunub.