
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin mübarizəsində X turun bütün təyinatları açıqlanıb. "Zirə" - "Kəpəz" matçını Səbayel Qurbanovanın başçılıq etdiyi qadınlardan ibarət hakimlər briqadası idarə edəcək.
"Neftçi" - "İnter" görüşündə isə ədalət təmsilçilərinin işinə xanım hakim-inspektor qiymət verəcək.
27 oktyabr (çərşənbə axşamı)
"Qarabağ” – "Rəvan”
Hakimlər: Sərxan İsmayılov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Samir Hüseynov
Hakim-inspektor: Tofiq Şükürov
"Dalğa Arena”, 18:00
"Xəzər Lənkəran” – "Sumqayıt”
Hakimlər: Tahir Əhmədov, Mahir Alferinov, Elçin Əsədov, Xalid Quliyev
Hakim-inspektor: Ələddin Ələkbərov
"Xəzər Lənkəran” mərkəzi stadionu, ehtiyat meydança, 15:00
"Neftçi” – "İnter”
Hakimlər: Nahid Xasıyev, Şakir Quliyev, Cəmil Quliyev, Elxan Müslümov
Hakim-inspektor: İrina İsgəndərova
"Dalğa Arena”, 15:00
"Zirə” – "Kəpəz”
Hakimlər: Səbayel Qurbanova, Ülviyyə Mustafayeva, Xəyalə Əzizzadə, Yuliya Qurbanova
Hakim-inspektor: Şamil Useynov
Zirə İdman Kompleksinin stadionu, 19:00
"Qəbələ” – AZAL
Hakimlər: Emin Nağıbəyov, Kənan Məlikov, Rəşad Xasıyev, Namiq Bəkirov
Hakim-inspektor: Rafiq Pənahpur
Qəbələ şəhər stadionu, ehtiyat meydança, 14:00