Futbol üzrə AVRO-2016-nın "pley-off" mərhələsində ilk cavab görüşü keçirilib. Sportnet.az-ın məlumatına görə, Macarıstan yığması Budapeştdə Norveç millisini qəbul edib.
"Groupama Arena"da baş tutmuş qarşılaşmanı Karlos Velasko Karbalyonun başçılıq etdiyi ispaniyalı hakimlər briqadası idarə edib. İlk görüşdə Macarıstan millisi Oslodan 1:0 hesablı qələbə ilə ayrılmışdı. Bu səbəbdən, Bernd Ştorkun komandasına heç-heçə də kifayət edirdi. Seçmə mərhələdə Azərbaycanla eyni qrupda yer almış Norveç yığması isə ən azı 2 qolla qalib gəlməyi bacarmalı idi.
Macarıstan millisi oyuna cəzalı Zoltan Gero itkisi ilə çıxıb. Buna baxmayaraq, meydan sahibləri səfər oyunundakı üstünlüyü evdə də əldən verməyiblər. Yenə minimal fərqlə qalib gələn hunlar 29 ildən sonra böyük turnirlərin final mərhələsinə vəsiqə qazanıb. 1986-cı ildə Macarıstan millisi dünya çempionatında mübarizə aparmışdısa, bu dəfə 2016-cı il Avropa çempionatında yarışacaq.
AVRO-2016
Pley-off mərhələsi, cavab görüşü
23:45. Macarıstan - Norveç - 2:1
Qol: Tamaş Prişkin, 14. Markus Henriksen, 83-öz qapısına - Markus Henriksen, 87
Baş hakim: Karlos Velasko Karbalyo
Köməkçi hakimlər: Roberto Alonso, Xuan Yuste
Dördüncü hakim: Roberto del Palomar
Əlavə köməkçi hakimlər: Xesus Gil Mansano,
Karlos Del Serro (hamısı İspaniya)
İlk oyun - 1:0.